Rafael Ağayev xalqımızı sevindirdi

Rafael Ağayev xalqımızı sevindirdi
İdman 4089

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatının dördüncü günü Azərbaycan milli komandası üçün uğurlu olub.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, karateçimiz Rafael Ağayev (75 kq) növbəti dəfə dünya çempionu olub.

Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistandan olan rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda iranlı idmançıya qalib gəlib.

Bunadək dördqat dünya və 13 dəfə Avropa çempionu olan idmançımız final görüşündə Misir idmançısı Əbdül Rəhman Ömər ilə qarşılaşıb. Rəqibindən aşkar üstün olan R.Ağayev beşqat dünya çempionu adını qazanıb.

BAKU.WS

Oxşar xəbərlər

Rafael Ağayev erməni idmançının məğlub edib finala çıxdı (VİDEO)

Rafael Ağayev erməni idmançının məğlub edib finala çıxdı (VİDEO)

"Dünya karatesinin brilyantı" Rafael Ağayev Avstriyada karate üzrə keçirilən dünya çempionatının finalına çıxıb. BAKU.WS bildirir ki, finala gedən yolda 75 kq...

1938 Video 09:36 27 oktyabr 2016

Son xəbərlər