Rafael Ağayev 5 qat dünya çempionu oldu: himni ağlaya-ağlaya oxudu (VİDEO)

Rafael Ağayev 5 qat dünya çempionu oldu: himni ağlaya-ağlaya oxudu (VİDEO)
Video
İdman 13532

 

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatının dördüncü günü Azərbaycan milli komandası üçün uğurlu olub.

BAKU.WS-in məlumatına görə, karateçimiz Rafael Ağayev (75 kq) növbəti dəfə dünya çempionu olub.

Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistandan olan rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda iranlı idmançıya qalib gəlib.

Bunadək dördqat dünya və 13 dəfə Avropa çempionu olan idmançımız final görüşündə Misir idmançısı Əbdül Rəhman Ömər ilə qarşılaşıb. Rəqibindən aşkar üstün olan R.Ağayev beşqat dünya çempionu adını qazanıb.

R.Ağayevin çempion olduğu anları sizə təqdim edirik:

Nazim Babayev

BAKU.WS

Oxşar xəbərlər

Rafael Ağayev xalqımızı sevindirdi

Rafael Ağayev xalqımızı sevindirdi

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatının dördüncü günü Azərbaycan milli komandası üçün uğurlu olub. BAKU.WS AZƏRTAC-a istinadən xə...

4089 İdman 20:30 29 oktyabr 2016

Son xəbərlər