Prezident taekvandoçulara medalları təqdim edib

17
may
2017
21:26
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 80 kq-dək çəki dərəcəsində qalib gələn taekvandoçuların mükafatlandırılması mərasimi keçirilib.
BAKU.WS Trend-ə istinadən bildirir ki, qaliblərə medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.
Bu çəki dərəcəsində təmsilçimiz Milad Beygi Harçeqani çempion olub.
Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
BAKU.WS

Oxşar xəbərlər
Bakı-2017: Güləşdə ilk qızıl medalımız
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev (98 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb. BAKU.WS-in Trend-ə istinadən v...