Mehriban Əliyeva güləşçiləri mükafatlandırıb - VİDEO
19
may
2017
20:07
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 57 kq çəki dərəcəsində qalib gələn sərbəst güləşçilərin mükafatlandırma mərasimi keçirilib.
BAKU.WS Trend-ə istinadən bildirir ki, qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib.
Bu çəkidə idmançımız Mahir Əmiraslanov birinci olub.
Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
BAKU.WS
Oxşar xəbərlər
Prezident taekvandoçulara medalları təqdim edib
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 80 kq-dək çəki dərəcəsində qalib gələn taekvandoçuların mükafatlandırılması mərasimi keçirilib. BAKU.WS Trend-ə istin...