Azərbaycanın ən güclü boksçuları məlum olub

Azərbaycanın ən güclü boksçuları məlum olub
İdman 898
Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb.BAKU.WS Apasport saytına istinadən məlumat verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 39 komandanın 203 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.Boks Mərkəzində təşkil olunan çempionatda bu gün final görüşləri keçirilib. Həlledici döyüşlərdə qalib gələn Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Hidayət Musayev (75 kq), Eldar Quliyev (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) çempion tituluna sahib olublar. Gənclər millisindən böyüklərə yeni keçən Abdullayev, həmçinin yarışın ən yaxşı boksçusu seçilib.Turnirin komanda hesabında “Qəbələ” İK birinci yeri tutub. İkinci pilləyə “Gilan” İK yiyələndiyi halda, “üçlüy”ü “Rabitə” İK qapayıb. Çempionatda Elxan Quliyev ən yaxşı hakim, Rəhim Allahverdiyev isə ən yaxşı məşqçi adına layiq görülüb. Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.Azərbaycan çempionatıVI günün nəticələri49 kq: Hacıbala Fərzəliyev (“Rabitə” İK) – Araz İmaməliyev (“Gilan” İK) – 0:552 kq: Məsud Yusifzadə (“Rabitə” İK) – Ramazan Abdullayev (Balakən) – 5:056 kq: Tayfur Əliyev (MOİK) – Ümid Rüstəmov (“Rabitə” İK, DİN) – 5:060 kq: Sayad Lalayev (MOİK) – Cavid Çələbiyev (“Qəbələ” İK) – 1:464 kq: Fərid Ağamoğlanov (“Qəbələ” İK) – Elvin İsayev (“Gilan” İK) – 0:569 kq: Nicat Məmmədov (“Qızıl Əlcək” İK) – Elnur Süleymanov (“Gilan” İK) – 2:375 kq: İsmayıl Hüseynov (“Qəbələ” İK) – Hidayət Musayev (“Kür” İK) – 0:581 kq: Eldar Quliyev (“Gilan” İK) – Rauf Rəhimov (“Qəbələ” İK) – 4:191 kq: Qulaməli Aslanov (“Gömrükçü” İK) – Rahil Məmmədli (“Qəbələ” İK) – ikinci tam üstünlüklə qalib gəlib+91 kq: Ağalar Sadıqzadə (Naxçıvan) – Məhəmməd Abdullayev (“Rabitə” İK) – 0:5Bütün mükafatçılar49 kq1. Araz İmaməliyev (“Gilan” İK)2. Hacıbala Fərzəliyev (“Rabitə” İK)3. Orxan Süleymanov (“Qızıl Əlcək” İK)3. Nəbi Abduləzimov (Z-1 İK)52 kq1. Məsud Yusifzadə (“Rabitə” İK)2. Ramazan Abdullayev (Balakən)3. Ramazan Babayev (“Gömrükçü” İK)3. Qoşqar Səfərli (DİN)56 kq1. Tayfur Əliyev (MOİK)2. Ümid Rüstəmov (“Rabitə” İK, DİN)3. Təbriz Şirvani (“Gilan” İK)3. Ramal Yusifzadə (“Qızıl Əlcək” İK)60 kq1. Cavid Çələbiyev (“Qəbələ” İK)2. Sayad Lalayev (MOİK)3. İbrahim Cəfərzadə (“Qızıl Əlcək” İK)3. Niyaməddin Allahverdiyev (“Neftçi” İK)64 kq1. Elvin İsayev (“Gilan” İK)2. Fərid Ağamoğlanov (“Qəbələ” İK)3. Bəxtiyar Qazıbəyov (“Rabitə” İK)3. İman Əhmədli (“Orion” İK)69 kq1. Elnur Süleymanov (“Gilan” İK)2. Nicat Məmmədov (“Qızıl Əlcək” İK)3. Xəzər Əliyev (“Kür” İK)3. Roman Zakirov (“Qəbələ” İK)75 kq1. Hidayət Musayev (“Kür” İK)2. İsmayıl Hüseynov (“Qəbələ” İK)3. Elvin Qəmbərov (MOİK)3. Fərid Qasımzadə (“Rabitə” İK)81 kq1. Eldar Quliyev (“Gilan” İK)2. Rauf Rəhimov (“Qəbələ” İK)3. Loren Dominkan Alfonso (“Qəbələ” İK)3. Cəbrayıl Elekov (“Orion” İK)91 kq1. Rahil Məmmədli (“Qəbələ” İK)2. Qulaməli Aslanov (“Gömrükçü” İK)3. Gülhüseyn Ağazadə (DİN)3. Heydər Heydərov (“Gilan” İK)+91 kq1. Məhəmməd Abdullayev (“Rabitə” İK)2. Ağalar Sadıqzadə (Naxçıvan)3. Elşən Hüseynov (DİN)3. Asəf Aslanlı (“Qəbələ” İK)BAKU.WS

Oxşar xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub

Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub

Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub. Üç gün davam edən respublika çempionatınd...

1313 İdman 21:37 28 dekabr 2017

Son xəbərlər