SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya futbolunun əfsanəvi adlarından olan və bir müddət "Fənərbağça"da da çıxış edən Nikola Anelka yenidən Türkiyəyə qayıtmağa hazırlaşır.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Ümraniyespor" Nikola Anelkaya klubun baş direktoru vəzifəsini təklif edib.

Məlumata görə Nikola Anelka bu təklifi qəbul edib.

Bildirilib ki, o, rəsmi imza üçün İstanbula gəlib.

BAKU.WS