"Fənərbağça" "Milan"ın futbolçusunu heyətinə qatdı
Son olaraq italiyalı müdafiəçi Leonardo Bonuççini heyətinə qatan "Fənərbağça" daha bir keçidi reallaşdırıb.
BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "sarı-lacivərdlilər" "Milan" forması geyinən Rade Kruniçlə razılığa gəliblər. Futbolçunun bu gün İstanbula gələcəyi gözlənilir. "Fənərbağça"nın Bosniya və Hersoqovina yığmasının futbolçusu üçün qarşı tərəfə bonuslarla birlikdə 5 milyon təklif etdiyi və bu təklifin "Milan" tərəfindən qəbul edildiyi yayılan xəbərlər arasındadır. Kruniçin 3 milyonluq müqaviləyə imza atacağı gözlənilir.
"Milan"klubu rəsmi açıqlama ilə transferin realşamsına işarə verib: "Rade Kruniçin "Fənərbağça"ya transferi ilə bağlı hər şey yolunda gedir. Futbolçuya boş şans arzulayırıq. Kruniçin "Fənərbağça"da uğurlu işlərə imza atacağına inanırıq".
Oxşar xəbərlər
Bonuççi "Fənərbağça" üçün İstanbula gəlir
"Fənərbağça"nın "Union Berlin"də çıxış edən Leonardo Bonuççi ilə razılaşdığı və italiyalı müdafiəçinin bu gün İstanbula gələrək rəsmi müqavilə imzalayacağı bild...