"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub.
Ancaq futbol dünyasının ən nüfuzlu mükafatlarından olan "Ballon d'Or"u qazana bilməyən ulduz futbolçular var.
BAKU.WS sözügedən ulduz futbolçuların siyasını təqdim edir:
Devid Bekhem
İngiltərə təmsilçisi "Mançester Yunayted", İspaniyanın "Real Madrid", ABŞ-ın "Los Anceles Qalaksi" və Fransanın "Paris Saint Germain" (PSJ) komandaları ilə 4 fərqli liqada çempionluq qazanan yeganə ingilis futbolçu olan Devid Bekhem heç vaxt "Qızıl top" almayıb. Ulduz futbolçu 1999-cu ildə keçirilən "Ballon d'Or" mükafatlandırma mərasimində ikinci olub.
Dieqo Maradona
Əfsanəvi hücumçu Dieqo Armando Maradona da "Qızıl top" almayan futbolçulardandır. Argentinalı “Boka Xuniors”, “Barselona”, “Napoli” klublarında və milli komandadakı çıxışları ilə məşhurlaşan futbolçu 1986-cı ildə Dünya çempionatının dörddə bir finalında İngiltərə millisinin qapısına iki qol vurub. Onlardan biri tarixə “Tanrının əli”, digəri isə “yüzilliyin qolu” kimi düşüb.
Del Pyero
Mükafata layiq görülməyən ulduz futbolçulardan biri də İtaliya A Seriyasının güclü komandalarından olan “Yuventus”la məşhurlaşan italiyalı hücumçu Alessandro Del Pyerodur. 1993-cü ildə "Padova"dan transfer edildikdən sonra Pyero 2011-2012 mövsümünün sonuna kimi "Yuventus"da çıxış edib. 673 oyunda 284 qol və 61 məhsuldar ötürmə edib. 1997-1998-ci illərdə Çempionlar Liqasının bombardiri (10) olub.
Tieri Anri
Karyerasına Fransanın “Monako” klubunda başlayan Henri İtaliyada “Yuventus”, İngiltərədə “Arsenal”, İspaniyada “Barselona” və ABŞ-da “Nyu York Red Bulls”la 792 matçda 360 qol vurub. Anri Fransa Milli Komandası ilə dünya və Avropa çempionu olub, burada 123 matçda 51 qol vurub. Keçmiş fransalı futbolçu 2003-cü ildə ikinci, 2006-cı ildə üçüncü, 2003 və 2004-cü illərdə "Dünyada ilin futbolçusu" mükafatında ikinci olub.
Andres İnyesta
12 yaşında karyerasına başladığı "Barselona"nın B klubu ilə 2017-18 mövsümünün sonunda vidalaşan İnyesta A komandasının formasını geyindiyi 16 ildə 32 kubok qazanıb. İnyesta 2010-cu ildə komanda yoldaşı, argentinalı ulduz Lionel Messinin "Qızıl top" mükafatını aldığı il ikinci yeri, 2011-ci ildə dördüncü, 2012-ci ildə isə üçüncü yeri tutub.
Stiven Cerrard
"Qızıl top" mükafatına layiq görülməyən daha bir futbolçu isə ingilis Stiven Cerrarddır. Cerrard 710 oyun keçirdiyi və 9 kubok qaldırdığı "Liverpul"un simvolik adlarından birinə çevrilmişdi. 2005-ci ildə Atatürk Olimpiya Stadionunda oynanan UEFA Çempionlar Liqasının finalında "Liverpul"un "Milan"a qarşı geri dönüşündə mühüm rol oynayan Cerrard 114 dəfə İngiltərə Milli Komandasının formasını da geyinib. Ronaldinyonun "Qızıl top"u qazandığı il 3-cü yeri tutub.
Frenk Lempard
Lempard 14 il oynadığı "Çelsi" ilə 13 kubok qazanıb. "Çelsi"nin tarixində ən çox qol vuran futbolçu olan Lempard ardıcıl 164 oyunda forma geyinərək İngiltərə Premyer Liqasının rekordunu qırıb. 2004 və 2005-ci illərdə İngiltərədə İlin Futbolçusu mükafatını alan Lempard 2005-ci ildə həm "Qızıl Top", həm də "Dünya İlin Futbolçusu" mükafatlarında 2-ci olub.
Dennis Berqkamp
1992-ci ildə İsveçdə keçirilən Avropa Futbol Çempionatında Avropanın bombardiri olan holland hücumçu Berqkamp "Arsenal" klubundakı çıxışı ilə xüsusilə yadda qalıb. O, “Qızıl top” mükafatında 1993-cü ildə ikinci, 1992-ci ildə isə üçüncü olub. Berqkamp 1993 və 1997-ci illərdə "Dünyada İlin Oyunçusu" mükafatında üçüncü yerə layiq görülüb.
Zlatan İbrahimoviç
Daha bir Ballon d'Or mükafatını ala bilməyən ulduz futbolçu isveçli Zlatan İbrahimoviçdir. UEFA Çempionlar Liqasında 6 klub forması ilə ("Ayaks", "Yuventus", "İnter", "Barselona", "Milan", "PSJ") mərkəz hücumçusu İbrahimoviç 4 fərqli liqada çempion olub. 116 dəfə İsveç millisində çıxış edən və karyerasını ABŞ-ın “Los Anceles Qalaksi” klubunda davam etdirən İbrahimoviç mükafatlarda yer ala bilməyib.
Neymar
PSJ futbol klubunun və Braziliya millisinin hücumçusu Neymar da "Qızıl top" ala bilməyən ulduz futbolçulardandır. Braziliyanın "Santos" klubundakı çıxışından sonra 2013-cü ilin yayında "Barselona" tərəfindən transfer edilən Neymar 2017-ci ilin yayında PSJ-nin onun üçün ödədiyi 222 milyon avro ilə "tarixin ən bahalı futbolçusu" adını alıb. Brazilyalı hücumçu 2015-ci və 2017-ci illərdə "Qızıl Top" mükafatında 3-cü yeri tutub.
Xavi Ernandes
Bir vaxtlar oyunçusu olduğu "Barcelona" klubunun indi baş məşqçisi olan Xavi Hernandes də mükafatdan uzaq qalan futbolçulardandır. Xavi “Barselona” klubunun heyətində səkkiz dəfə İspaniya çempionu və dörd dəfə Çempionlar liqasının qalibi olub, İspaniya millisinin heyətində isə dünya və ikiqat Avropa çempionluğuna yiyələnib. Xavi 2009, 2010 və 2011-cu illərdə ardıcıl olaraq "Qızıl Top" mükafatında 3-cü yer tutub.
Ueyn Runi
“Everton” və “Mançester Yunayted”in sabiq futbolçusu, “Derbi Kaunti”nin baş məşqçisi Ueyn Runi də "Qızıl Top" mükafatını ala bilməyən futbolçulardandır. O, futbolçu karyerasına “Everton”da başlayıb və klubda 67 oyun (2002-2004) keçirib, 2004-cü ildə ser Aleks Ferqyusonun təşəbbüsü ilə “Mançester Yunayted”ə (393 oyun, 183 qol) keçib. Bombardir burada 13 il ərzində Çempionlar Liqası və Avropa Liqasını qazanıb və 5 dəfə İngiltərə çempionu olub.
Paulo Maldini
Əfsanəfi futbolçu, “Milan” futbol klubunun sabiq kapitanı Paolo Maldini də mükafat ala bilməyə ulduzlardandır. "Milan"da 25 gözəl il keçirən Maldini 1994-cü ildə “Qızıl top” mükafatlandırılmasında 3-cü yeri tutub. O, “ən yaxşı müdafiəçi” seçilsə də, heç vaxt "Ballon d'Or" mükafatını almayıb.
Georgi Hacı
"Ballon d'Or" ala bilməyən daha bir ulduz isə Rumıniya futbolunun canlı əfsanəsi Georgi Hacıdır. O, "Real Madrid", "Barcelona", "Galatasaray" kimi məşhur klublarda forma geyinib. Georgi Haci hazırda 2009-cu ildə yaratdığı “Vitorul” komandasının sahibidir.
Anxel Di Mariya
Argentina millisinin və "Yuventus" klubunun yarımmüdafiəçisi Anxel Di Mariya da "Ballon d'Or"dan məhrum olan futbolçulardandır. "Benfica", "Real Madrid", "Manchester United", "Paris Saint Germain" (PSJ) kimi klublarda forma geyinən ulduz dəfələrlə Fransa Liqası Çempionluğunu qazanıb.
Oxşar xəbərlər
"Qarabağ"ın legionerləri - İtaliya və İspaniya çempionatlarında çıxış ediblər - FOTO
UEFA Avropa Liqasının qrup mərhələsində "Olimpiakos"la səfər qarşılaşmasında inamlı qələbə qazanan Ağdam təmsilçisi qrupda ikinci yerdə qərarlaşıb. BAKU.WS xəbə...