Transferlərə ən çox pul xərcləyən klubların siyahısı açıqlanıb

Transferlərə ən çox pul xərcləyən klubların siyahısı açıqlanıb
İdman 1681
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) Avropanın "böyük beşlik" ölkələrinin (İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa) yüksək liqalarında mövcud heyətinə ən çox yatırım edən klubların siyahısını açıqlayıb. BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, bu baxımdan liderlik "Mançester Siti"yə məxsusdu."Şəhərlilər" ixtiyarındakı oyunçuların transferlərinə ümumilikdə 878 milyon avro ödəniş edib. "Mançester Siti" bununla futbol tarixinin ən bahalı klubuna çevrilib. Premyer Liqaya liderlik edən komanda Pep Qvardiolanın gəlişindən sonra transferlərə 500 milyondan avrodan çox xərc çəkib.98 klubun yer aldığı siyahıda ikinci yeri 805 milyonla PSJ tutur. İlk "üçlüy"ü isə Mançester şəhərinin digər təmsilçisi "Mançester Yunayted" (747 milyon) qapayır.98 klubdan 42-si indiki oyunçularının transferlərinə 100 milyon avrodan çox pul xərcləyib. Heyətini ən ucuz oyunçularla quran klub "Trua"dı. Fransızlar hazırkı kollektiv üçün cəmi 2 milyon avro ödəyiblər.Transferlərə ən çox pul sayan klublar Premyer Liqa təmsilçiləridi. İngilislərin 20 komandası orta hesabla 291 milyon avroluq oyunçular alıb. Növbəti yerləri müvafiq olaraq La Liqa (131 milyon), A seriyası (124 milyon), Bundesliqa (113 milyon) və Liqa 1 (97 milyon) tuturlar.Heyətindəki oyunçuların transferlərinə ən çox pul xərcləyən klublar:1. "Mançester Siti" (İngiltərə) - 878 milyon avro2. PSJ (Fransa) - 805 milyon3. "Mançester Yunayted" (İngiltərə) - 747 milyon4. "Barselona" (İspaniya) - 725 milyon5. "Çelsi" (İngiltərə) - 592 milyon6. "Real" (İspaniya) - 497 milyon7. "Liverpul" (İngiltərə) - 461 milyon8. "Yuventus" (İtaliya) - 448 milyon9. "Arsenal" (İngiltərə) - 403 milyon10. "Everton" (İngiltərə) - 365 milyon11. "Bavariya" (Almaniya) - 363 milyon12. "Tottenhem" (İngiltərə) - 358 milyon13. "Milan" (İtaliya) - 305 milyon14. "Atletiko" (İspaniya) - 298 milyon15. "Monako" (Fransa) - 286 milyon16. "Borussiya" (Dortmund, Almaniya) - 268 milyon17. "Roma" (İtaliya) - 262 milyon18. "Sauthempton" (İngiltərə) - 229 milyon19. "Kristal Pelas" (İngiltərə) - 225 milyon20. "İnter" (İtaliya) - 217 milyonBAKU.WS

Oxşar xəbərlər

“Qarabağ” ilk “100-lük”də

“Qarabağ” ilk “100-lük”də

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın milli çempionatlarının yeni reytinq siyahısını açıqlayıb.BAKU.WS xəbər verir ki, Azərbaycan Pre...

1088 İdman 20:49 16 yanvar 2018

Son xəbərlər