Azərbaycanda futbolçular arasında dava - Atasına giriş qadağan edildi
25
okt
2017
17:49
AFFA-nın bu gün keçirilən İntizam Komitəsi U-14 Liqasında keçirilən qalmaqallı “İnter” – “Mançester Yunayted” oyununda baş verənləri araşdırıb.”Qafqazinfo” xəbər verir ki , komitə “İnter”in futbolçusu Tural Əmirhüseynovun valideyni Müşviq Əmirhüseynovun futbol görüşlərinin keçirildiyi stadionlara girişinə qadağa qoyub.Buna “Mançester Yunayted”lə qarşılaşma başa çatandan sonra yaşananlar səbəb olub. Belə ki, oyun bitdikdən sonra “İnter”in futbolçuları “Mançester Yunayted”in avtobusuna yaxınlaşıb və iki komanda üzvləri arasında münaqişə yaranıb. İnsident zamanı Əmirhüseynov da diqqət mərkəzinə düşüb. O, “Mançester Yunayted”in oyunçusu Raul Məmmədovu vurub. Məhz uşağa endirdiyi bu zərbə valideynə ömürlük qadağa bahasına başa gəlib.İntizam Komitəsi hər iki kluba təlim-tərbiyə işlərini daha yüksək səviyyədə aparmağı da tapşırıb.BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ"ın rəqibləri məlum oldu
Bu gün Fransanın Monako şəhərində Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, əsas raundda iştirak edən 32 koman...