İtaliyalı ulduz futbolçu erməni iddiasına cavab verdi

İtaliyalı ulduz futbolçu erməni iddiasına cavab verdi
İdman 1184
 

İtaliya yığmasının və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Matteo Darmian erməni əsilli olması ilə bağlı iddiaları təkzib edib.

BAKU.WS-in məlumatına görə, müdafiəçi erməni əsilli olmadığını bildirib: "Mən erməni deyiləm. Saytda o məlumat səhv idi. Bu mənim rəsmi cavabımdır" - deyə Darmian söyləyib. 

Xatırladaq ki, bir il əvvəl FİFA öz rəsmi saytında Darmianı erməni əsillli olaraq göstərib. 

Darmian "Milan" klubunun yetirməsidir. Futbolçu ilk oyununa "Milan"ın heyətində 2006-cı ildə çıxıb. "Breşia" ilə matçın 46-cı dəqiqəsində Kaxa Kaladzeni əvəz edən futbolçu İtaliyanın Kubokunda debüt edərək peşəkar karyerasına başlayıb. 11 iyul 2015-ci il tarixində "Mançester Yunayted" Darmian ilə dördillik müqavilə imzalayıb. Darmian "Mançester Yunayted"ə "Torino-dan" keçib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Erməni futbolçu "Qəbələ"yə qarşı oynamaqdan imtina etdi

Erməni futbolçu "Qəbələ"yə qarşı oynamaqdan imtina etdi

"Borussia Dortmund" klubunun erməni futbolçusu Henrix Mxitaryan böyük ehtimalla "Qəbələ"yə qarşı Avropa Liqasının səfər qarşılaşmasında iştirak etməyəcək". BAK...

930 İdman 09:40 19 oktyabr 2015

Son xəbərlər