Duqlas Kosta "Fənərbağça" ilə oyunu izlədikdən sonra "Samsunspor"a keçməkdən imtina edib

Duqlas Kosta Fənərbağça ilə oyunu izlədikdən sonra Samsunspora keçməkdən imtina edib
İdman 13

"Yuventus"un və Braziliya millisinin sabiq yarımmüdafiəçisi Duqlas Kosta "Fənərbağça" ilə ölkə çempionatının 21-ci turunun matçını izlədikdən sonra Türkiyənin "Samsunspor" klubu ilə müqavilə imzalamasını fikrindən daşınıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, bunu fiziki cəhətdən hazır olmaması ilə əlaqələndirib:

“Tam olaraq meydana qayıtmaq üçün mənə təxminən 20-25 gün lazımdır. Tutaq ki, mart ayında 100% hazır olacağam. İki ay futbol oynayacam deyə ölkə dəyişməyə ehtiyac yoxdur”.

Xatırladaq ki, 33 yaşlı braziliyalının son klubu Amerikanın “Los Anceles Qalaksi” klubu olub. Futbolçu oktyabrın 24-dən klubsuzdu. Kosta karyerası ərzində “Qremio”, “Şaxtyor”, “Bavariya” və “Yuventus”da da çıxış edib.

Son xəbərlər