Danışılmış oyunlarda iştirak edən azərbaycanlı futbolçular - SİYAHI
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində Birinci divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir.
BAKU.WS xəbər verir ki, AFFA-nın İntizam Komitəsi danışılmış oyunlarda şübhəli bilinən futbolçularla bağlı qərarını açıqlayıb.
Birinci divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.
Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:
Turan Tovuz (I Divizion)1.Qocayev Sənan – futbolçu2. Rüstəmov Misir – futbolçu3. Bağırov Emin – futbolçu4. Sadıqov İlkin – futbolçu5. Məmmədov Rüfət – futbolçu6. Tağıyev Eltay – futbolçu7. Quluzadə Şahin – futbolçu
Ağsu (I Divizion)1. Kərimov Rəşad – İcraçı direktor2. Bayramov Kənan – qapıçılar üzrə məşqçi3. Hacıyev Ənvər – klubun işçisi4. Əliyev Ramil – futbolçu5. İbrahimov Vüsal – futbolçu6. Əmrahov Qalib – futbolçu7. Əliyev Elçin – futbolçu8. Əliyev Məhəmməd – futbolçu9. Həşənov Şamo – futbolçu10. Mirzaliyev Ruslan – futbolçu11. Quliyev Orxan – futbolçu12. Rəhimov Fərrux – futbolçu13. Həşimov Elçin – futbolçu14. Babayev Malik – futbolçu15. Kərimov Ramil – futbolçu16. Mustafayev Vüsal – futbolçu17. Məmmədov Kənan – futbolçu
Zirə (I Divizion)1. Əliyev Səbuhi – futbolçu
Uğur FK (region liqası)1. Məhərrəmov Cəmşid – futbolçu
Ağsu Siti (region liqası)1. Alhüseynli Tuqay – futbolçu
Alyans FK (region liqası)1. Rəhimli Cəmil – futbolçu
Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.
Oxşar xəbərlər
Ramin Musayev qəzəbləndi: Ruslan Tağızadənin atası canımı boğazıma yığıb
Azərbaycanda danışılmış oyunlarda şübhəli bilinən daha bir futbolçunun adı açıqlanıb.BAKU.WSreport-a istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasının preziden...