AFFA danışılmış oyunlara görə daha bir şəxsi futboldan ömürlük uzaqlaşdırdı
06
dek
2017
13:45
AFFA İntizam Komitəsi danışılmış oyunlara görə daha bir şəxsi cəzalandırıb.AFFA-dan BAKU.WS-ə verilən məlumata görə, “İnter” Peşəkar İdman Klubunun (hazırkı “Keşlə” klubu) və “Neftçi” Peşəkar Futbol Klubunun sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə barədə “Neftçi” PFK-nın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və sözügedən şəxsin AFFA-ya təqdim etdiyi izahata əsasən, onun barəsində ölçü götürülüb.A.Mehdizadəyə oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırma davam etdirilməsinə qərar verilib.Sanksiyaya məruz qalan tərəf bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilər.Qeyd edək ki, bir müddət əvvəl “Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidovu ömürlük futboldan uzaqlaşdırılıb.BAKU.WS
Oxşar xəbərlər
AFFA iki futbolçunu ömürlük futboldan kənarlaşdırıb
“Keşlə”nin müqavilələrinə xitam verdiyi oyunçuları Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.BAKU.WS AFFA-nın...