UEFA-dan Azərbaycan klublarına 2,5 milyon avro

UEFA-dan  Azərbaycan klublarına 2,5 milyon avro
İdman 1095

 

UEFA-nın ayırdığı vəsait klubların hesabına köçürülüb.

BAKU.WS-in AFFA-ya istinadla verdiyi məlumata görə, 2015/2016-cı il mövsümündə UEFA Çempionlar və Avropa Liqası turnirlərində iştirakı ilə əlaqədar "Qarabağ”, "Qəbələ”, "Neftçi” və "İnter” klubları üçün UEFA tərəfindən aşağıda qeyd olunan qaydada maliyyə vəsaiti ayrılıb:

"Qarabağ” – 950 000.00 avro

"Qəbələ” – 630 000.00 avro

"Neftçi” – 200 000.00 avro

"İnter” – 630 000.00 avro

UEFA-dan AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada "Qarabağ”, "Qəbələ” və "Neftçi” klubunun hesabına köçürülüb.

AFFA ilə "İnter” klubunun rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun AFFA-ya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait "İnter” PİK-in hesabına köçürüləcək.

Şahin Həbibov

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

AFFA Rauf Əliyevi  Almaniyaya göndərir

AFFA Rauf Əliyevi Almaniyaya göndərir

Azərbaycan yığmasının və Bakının "İnter” klubunun hücumçusu Rauf Əliyev oktyabrın 20-də müalicə məqsədilə Almaniyaya yola düşəcək. AFFA-nın mətbuat xidmətindən...

997 İdman 09:59 17 oktyabr 2015

Son xəbərlər