Rövnəq Abdullayevdən "Qarabağ" və "Qəbələ"yə təbrik

Rövnəq Abdullayevdən Qarabağ və Qəbələyə təbrik
İdman 1228

 

AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ” və "Qəbələ” klublarını təbrik edib.

BAKU.WS-in məlumatına görə, Rövnəq Abdullayev "Qarabağ” və "Qəbələ” klublarının UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı affa.az saytına fikirlərini bildirib:

"UEFA Avropa Liqasında çıxış edən hər iki təmsilçimizin – "Qarabağ” və "Qəbələ” klublarının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixində yeni və ümid edirəm ki, davamlı və uğurlu olacaq bir mərhələnin başlanğıcını qoydu. İlk dəfədir ki, bir mövsümdə iki klubumuz qitənin ən nüfuzlu turnirlərindən birinin qrup mərhələsinə yüksəlir. Ölkəmizin futbol ictimaiyyətinə, azarkeşlərə böyük sevinc hissi yaşadan "Qarabağ” və "Qəbələ” klublarını təbrik edir, qarşıdakı oyunlarda qələbə sevinci və qrup mərhələsinin püşkatmasında münasib rəqiblər arzu edirəm”.

Qeyd edək ki, ötən gün Azərbaycanın "Qarabağ" və "Qəbələ" klubları pley-off mərhələsindən rəqiblərini üstələyərək Avropa Liqasının qruplarına düşüb. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

"Panatinaikos" klubunun prezidenti: "Bu, alçaldıcı məğlubiyyət oldu"

"Panatinaikos" klubunun prezidenti: "Bu, alçaldıcı məğlubiyyət oldu"

"Bu, alçaldıcı məğlubiyyət oldu. Buna baxmayaraq, başımızı qaldırıb mübarizə aparacağıq". BAKU.WS-in Reporta istinadən verdiyi məlumata görə, bunu yerli mətbua...

1028 İdman 12:32 28 avqust 2015

Son xəbərlər