"Qəbələ" vətənə döndü (FOTO)
28
avq
2015
09:24
Avropa Liqasının pley-off mərhələsində "Panatinaikos" səddini keçən "Qəbələ" klubu ölkəyə qayıdıb.
BAKU.WS-in məlumatına görə, Azərbaycan təmsilçisi artıq Qəbələdədir. Dünənki gecənin qəhrəmanlarını azarkeşlər Qəbələ Beynəlxalq Hava Limanında qarşılayıb. Petardalarla ətrafı dumana bürüyən azarkeşlər futbolçulara böyük rəğbət göstəriblər.
Qeyd edək ki, "Qəbələ" klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda "Panatinaikos" klubu ilə 2:2 hesablı heç-heçə edərək tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan futbolu üçün tarixi gecə (VİDEO)
Azərbaycan tarixdə ilk dəfə iki klubla Avropa Liqasının qrup mərhələsində təmsil olunacaq. BAKU.WS-in məlumatına görə, "Qarabağ”ın ardınca "Qəbələ” də pley-of...