"Qəbələ" həbs olunmuş futbolçu ilə bağlı məlumat yaydı
"Qəbələ" İdman Klubu futbolçusu Cavid Hüseynovla bağlı anlaşımazlığa açıqlama yayıb.
BAKU.WS-in məlumatına görə, açıqlamada deyilir:
"Klubumuzun UEFA Avropa Liqasının play-off mərhələsi üçün təqdim etdiyi iştirak ərizəsində Cavid Hüseynovun adının olması ilə bağlı yaranmış anlaşılmazlıqla bağlı bildirmək istəyirik ki, iştirak ərizəsi UEFA-ya turnirin əsasnaməsinə uyğun olaraq avqustun 10-da, yəni Hüseynovla bağlı həbs qətimkan tədbiri seçilmədən öncə göndərilib".
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı Yunanıstanın "Panatinaikos" klubu ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Baş məşqçi Roman Qriqorçuk bu siyahıda 20 futbolçuya yer ayırıb.
Heyətdə yer alan futbolçular arasında komandanın kapitanı, millimizin yarımmüdafiəçisi Cavid Hüseynov da olub. Halbuki o, məlum hadisə ilə bağlı həbs olunub və komandaya kömək edə bilməyəcək. Üstəlik, klub rəhbərliyi də onu qeyri-müəyyən vaxta kimi komandadan uzaqlaşdırdıqlarını açıqlamışdı.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
“Qəbələ” Cavid Hüseynovu “Panatinaikos”la oyun üçün sifariş etdi
"Qəbələ" Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı Yunanıstanın "Panatinaikos" klubu ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. "Qafqa...