UEFA "Qəbələ"nin rəqibini cəzalandırdı
Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ” ilə qarşılaşan Tiflis "Dinamo”su cəzalanıb.
BAKU.WS-in Apasport.az-a istinadla verdiyi məlumata görə, UEFA iyulun 2-də Gürcüstanın paytaxtındakı Boris Payçadze adına "Dinamo-Arena”da baş verənlərlə bağlı qərarı təxminən bir ay sonra verib.
Qitə futbol qurumu oyunun gedişində azarkeşlərin hərəkətlərini müzakirə edərək, "Dinamo”nu bir oyunluq cəzalandırıb. Tiflis təmsilçisi UEFA bayrağı altında növbəti matçını azarkeşsiz keçirməli olacaq.
Bundan başqa, "Dinamo” 20 min avro cərimə də ödəməlidi.
Qeyd edək ki, Tiflisdəki görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın qaz kəmərini partlatdılar
Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttində partlayış baş verib. BAKU.WS-in məlumatına görə, Türkiyənin Qars valisi Günay Özdemir partlayışın baş vermə səbəblə...