“Qarabağ” azarkeşləri söyüş söyməməyə çağırdı

“Qarabağ” azarkeşləri söyüş söyməməyə çağırdı
İdman 1132

"Qarabağ” futbol klubunun rəsmi Facebook səhifəsi azarkeşlərinə müraciət edib. 

BAKU.WS-in məlumatına görə, klub azarkeşləri komandamızın Avropa Liqasının pley-offunda qarşılaşacaq İsveçrənin "Yanq Boyz” klubunun Facebook səhifəsinə söyüş yazmamağa çağırıb. 

"Hörmətli, xalqımız. 

Lütfən, rəqibin facebook səhifəsində artıq-əskik fikirlər yazmayaq. Alicənabalığımızı nümayiş etdirək. Onlara barbarlığımızla deyil, mədəniyyətimizlə örnək olaq.

mümkün qədər bu statusu paylaşaq, xalqımızın gözəl əxlaqını sərgiləyək”, - deyə müraciətdə bildirilir. 

Qeyd edək ki, ölkəmizi təmsil edən iki klub Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq. "Qarabağ” İsveçrənin "Yanq Boyz”, "Qəbələ” isə Yunanınstanın "Panatinaikos” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. 

Azad Əliyev

BAKU.WS

Oxşar xəbərlər

"Qarabağ" və "Qəbələnin rəqibləri bilindi

"Qarabağ" və "Qəbələnin rəqibləri bilindi

Avropa Liqasının "play-off" mərhələsinin püşkatma mərasimi keçirilib. BAKU.WS-in məlumatına görə, Azərbaycan təmsilçiləri - "Qarabağ" və "Qəbələ"nin rəqibləri...

990 İdman 16:15 07 avqust 2015

Son xəbərlər