FİFA-nın qalmaqallı qərarı Mişel Platininin Bakıya səfərini təxirə saldı

FİFA-nın qalmaqallı qərarı Mişel Platininin Bakıya səfərini təxirə saldı
İdman 1067
 

UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd Mişel Platinin AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında ölkəmizə səfər edəcəyi planlaşdırılırdı.

BAKU.WS-in AFFA-ya istinadla verdiyi məlumata görə, lakin FIFA-nın Etika Komitəsinin istintaq palatasının oktyabrın 7-də çıxardığı qərara əsasən, Mişel Platininin futbol təsərrüfatında fəaliyyətinə 90 günlük qadağa qoyulub və bu səbəbdən UEFA prezidentinin Bakıya nəzərdə tutulan səfəri təxirə salınıb.  

Yuxarıda qeyd olunmuş tədbirlərdə iştirak etmək üçün UEFA-nın baş katibinin müavini Teodor Teodoridis ölkəmizə səfər edəcək.

Qeyd edək ki, Mişel Platinin səfər çərçivəsində Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcəyi və Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcəyi nəzərdə tutulmuşdu.

BAKU.WS

Oxşar xəbərlər

UEFA prezidenti futboldan kənarlaşdırıldı

UEFA prezidenti futboldan kənarlaşdırıldı

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platini haqqında şok qərar qəbul edilib. BAKU.WS-in məlumatına görə, FIFA Etik heyəti FİFA p...

897 İdman 16:15 08 oktyabr 2015

Son xəbərlər