AFFA-dan müjdə: Dünya Kuboku Bakıya gətirilir

AFFA-dan müjdə: Dünya Kuboku Bakıya gətirilir
İdman 1137

İtaliya Futbol Federasiyası Azərbaycan – İtaliya matçı ilə əlaqədar Dünya kubokunu Bakıya gətirəcək. 

BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından bildiriblər. AFFA bununla bağlı azarkeşlərə müraciət də edib. 

AFFA-dan bildirilir ki, oyunun başlanmasına 4 saat qalmış Bakı Olimpiya Stadionuna gələcək azarkeşlər İtaliya Futbol Federasiyası tərəfindən Bakıya gətiriləcək Dünya kuboku ilə şəkil çəkdirmək imkanı qazanacaqlar. 

Qeyd edək ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Azərbaycan – İtaliya arasında qarşılaşma baş tutacaq. Matç saat 21:00-da, Bakı Olimpiya stadionunda keçiriləcək. 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanı təhqir etdilər, AFFA UEFA-ya şikayət etdi

Azərbaycanı təhqir etdilər, AFFA UEFA-ya şikayət etdi

Futzal üzrə Avropa çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya – Azərbaycan qarşılaşmasından əvvəl xoş...

2018 İdman 11:22 23 sentyabr 2015

Son xəbərlər