Azərbaycanı təhqir etdilər, AFFA UEFA-ya şikayət etdi
Futzal üzrə Avropa çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya – Azərbaycan qarşılaşmasından əvvəl xoşagəlməz hal baş verib.
BAKU.WS-in məlumatına görə, matç üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası öz əksini tapıb.
Məsələ ilə bağlı AFFA-dan verilən məlumata görə, karikaturanın hazırlanması və nəşri AFFA ilə razılaşdırılmayıb.
Bununla əlaqədar olaraq, AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Mişel Platini Bakıya gəlir
UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd Mişel Platini AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında ölkəmizə səfər edəcək. BAKU.WS-in AFFA-nın say...