AFFA Rauf Əliyevi Almaniyaya göndərir
Azərbaycan yığmasının və Bakının "İnter” klubunun hücumçusu Rauf Əliyev oktyabrın 20-də müalicə məqsədilə Almaniyaya yola düşəcək.
AFFA-nın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, uzun müddət Azərbaycan milli komandasının heyətində çıxış etmiş forvard AFFA-nın vəsaiti hesabına müalicə alacaq.
Belə ki, Almaniyanın Münhen şəhərində tibbi müayinənin ardından futbolçunu cərrahiyyə əməliyyatı gözləyir. R. Əliyev əməliyyatdan sonra təxminən 10 gün bu şəhərdə qalıb reabilitasiya kursu keçəcək.
Qeyd edək ki, hücumçu Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" ilə qarşılaşmanın son dəqiqələrində zədələnmişdi.
BAKU.WS
Oxşar xəbərlər
FİFA-nın qalmaqallı qərarı Mişel Platininin Bakıya səfərini təxirə saldı
UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd Mişel Platinin AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında ölkəmizə səfər edəcəyi planlaşdırılırdı. BAK...