Çempionlar Liqasının final oyunu Bakıda keçirilə bilər
05
sen
2017
17:28
Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar xüsusi prezentasiya hazırlanıb. BAKU.WS-in məlumatına görə, prezentasiya bu gün İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.Qeyd edək ki, Bakı Olimpiya Stadionunun namizədliyini AFFA irəli sürüb. Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.BAKU.WS
Oxşar xəbərlər
“Qarabağ”a – ŞAD XƏBƏR: UEFA razılıq verdi
UEFA “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarının keçiriləcəyi stadionun dəyişdirilməsi ilə bağlı müraciətini müsbət cavablandırıb. BAKU....