Leyla Şıxlinskaya klinikası bağlanır

Leyla Şıxlinskaya klinikası bağlanır
Sosial 2506

Azərbaycanın bağlanmış tibb ocaqlarının sırasına daha biri qoşulur. Bu dəfə Bakının ən tanınmış klinikalarından biri qapanır.

BAKU.WS milli.az-a istinadən məlumatına görə, Leyla Şıxlinskaya klinikası fəaliyyətini dayandırır. Klinikaya növbəti fəaliyyəti üçün lisenziya verilmədiyi deyilir. Klinika bağlandığına görə artıq həkim heyəti başqa müəssisələrdə özünə iş tapıb. Tibb ocağı isə qapılarının bağlanmasını təmirlə əlaqələndirir. Klinikadan bildirilib ki, hazırda müəssisə lisenziya almaq ərəfəsindədir. Beş illik lisenziyanın vaxtı bitmək üzrədir. Ona görə də klinika müvəqqəti olaraq təmirə dayanır.

Qeyd edək ki, əsasən ginekoloji sahə üzrə məşhurlaşan L.Şıxlinskaya kilinikasının tanınmış ginekoloq və uşaq həkimləri müxtəlif vaxtlarda paytaxtın başqa tibb müəssisələrinə keçiblər. Bundan başqa, Bakıda fəaliyyət göstərən bir neçə klinikaya lisenziya verilmədiyindən fəaliyyətini dayandırıb.

BAKU.WS

Oxşar xəbərlər

Jurnalisti əməliyyat edən həkim ittihama cavab verdi

Jurnalisti əməliyyat edən həkim ittihama cavab verdi

Bakıda bir qrup şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alan və 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölüm səbəblər...

1576 Hadisə 12:52 10 avqust 2015

Son xəbərlər