Bakıda daha bir üçəm oldu (FOTO)
Bu yaxınlarda daha bir ailədə üçəm sevinci yaşanıb. Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, xəstəxananın Tədris Cərrahiyyə Klinikasında Pərvanə Daşdiyeva 2 qız və bir oğlan dünyaya gətirib.
Tibb üzrə fəlsəfə doktoru, ATU-nun I Mama-ginekologiya kafedrasının assistenti Arzu İsmayılovanın sözlərinə görə, Pərvanə xanım hamiləliyi dövründə bir neçə dəfə Tədris Cərrahiyyə Klinikasına müraciət edib: "Hamiləlik zamanı vaxtından öncə doğuş riski olsa da, buna qarşı müvafiq müalicə aparılıb və nəticədə hamiləlik normal davam edib. Son aylarda ana tam nəzarətə götürülüb. Hamiləlik təxminən 36-cı həftədə sona çatdırılıb”.
A.İsmayılovanın sözlərinə görə, üçəmlərin qeysəriyyə kəsiyi əməliyyatı ilə götürülməsi haqda qərar verilib. Çünki ilk gələn döl ayaqla, ikincisi başgəlişi, sonuncu döl isə çanaqgəlişi ilə gələcəkmiş. Buna görə uşaqların həyatını riskə atmamaqdan ötrü qeysəriyyə əməliyyatı aparılıb.
Hazırda pediatrımız Səadət Yaqubovanın nəzarətində olan uşaqların vəziyyəti normaldır. Qeyd edək ki, oğlan 2300 qr, qızlar isə 1750 və 2100 qr çəki ilə doğulublar.
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda sərnişin avtobusunda dəhşət yaşandı
Bakıda sərnişin avtobusunda ölümlə nəticələnən dəhşətli hadisə baş verib. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə...