Azərbaycanlı qızcığaz otel hovuzunda boğuldu

Azərbaycanlı qızcığaz otel hovuzunda boğuldu
Hadisə 3485

Türkiyənin turizm bölgələrindən Kemerdə azərbaycanlı uşaq batıb.

BAKU.WS-in məlumatına görə, ailəsiylə birlikdə tətil keçirən balaca otelin hovuzuna düşərək boğulub. Batan 6 yaşlı uşağın adı Leyla Rzayevadır. Hovuzun kənarında oynayarkən müvazinətini itirən qızcığaz hovuza düşüb. Çırpınan uşaq ətrafdakı turistlər tərəfindən fərq edilərək sudan çıxarılıb.

L.Rzayevaya ilkin müdaxilə edilib və sonra Kemer Həyat Xəstəxanasına aparılıb. Daha sonra Antalya Həyat Xəstəxanasına göndərilən balacanın həyatını xilas etmək mümkün olmayıb. 6 yaşlı qızın cəsədi yarılması üçün Antalya Morquna aparılıb.

Azərbaycanlı uşağın meyitinin yarılmasından sonra Azərbaycana göndəriləcəyi bildirilib. Leyla Rzayevanın xalası Ramidə Quliyeva (34) hadisə ilə bağlı danışıb. O bildirib ki, oteldə heç bir təhlükəsizlik tədbiri görülməyib. Uşaq batarkən otel işçilərinin köməklik etmədiyini deyən Ramidə çox kədərli olduqlarını söyləyib. Quliyeva otel rəhbərliyindən şikayət edəcəklərini bildirib.

Azad Əliyev 

BAKU.WS

Son xəbərlər