Bakıda iki ünvanda söküntü olacaq - Sakinlərə veriləcək kompensasiyanın məbləği artırılıb

Bakıda iki ünvanda söküntü olacaq - Sakinlərə veriləcək kompensasiyanın məbləği artırılıb
Sosial 26046

Bakıda iki ərazidə söküntü ilə əlaqədar hesablama işləri aparılır.

BAKU.WS-in əldə etdiyi məlumatına görə, söhbət Yasamal rayonu ərazisindəki fərdi yaşayış evlərindən gedir. 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının sağ tərəfində yerləşən Süleyman Rəhimov küçəsində yerləşən fərdi yaşayış evlərinə artıq komissiyalar göndərilib. Əvəllər komissiya üzvləri kompensasiya ilə bağlı adam sayı götürürdüsə, artıq evlərin kvadrat metrləri hesablanır. Bir və ya iki mərtəbəli evlərin anbarı, zirzəmisi belə nəzərə alınmaqla dəqiq kvadrat metrəsi dəqiqləşdirilir. 

Digər ərazi isə "Təzəpir" məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərlərdir. 150 nömrəli məktəbin aşağı hissəsindən Baş Prokurorluğun binasının arxa hissəni kimi ərazidə yerləşən fərdi evlərdə hesablama işləri aparılır. 

Sakinlərlə əldə ediləcək razılıqdan sonra hər iki ünvanda fərdi yaşayış evlərin söküntüsünə başlanacaq. Buna qədər sakinlərə 2 min AZN kompensasiya təklif edilirdisə, artıq rəqəmin 2500-3000 AZN ətrafında dəyişdiyi bildirilir. 

Orxan Hüseyn

Oxşar xəbərlər

"Məktəbli avtobusu" nə vaxtdan fəaliyyətə başlayacaq? - RƏSMİ

"Məktəbli avtobusu" nə vaxtdan fəaliyyətə başlayacaq? - RƏSMİ

"2025-2026-cı tədris ilindən etibarən "Məktəbli avtobusu" layihəsi tətbiq olunacaq". Bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. Nazirin sözlə...

46 Sosial 23:55 15 aprel 2025

Son xəbərlər