Dollardan gübrə kimi istifadə olunacaq

Dollardan gübrə kimi istifadə olunacaq
Şou-biznes 1738

 

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) köhnə dollar banknotlarından faydalı şəkildə istifadə edilməsinə qərar verib.

"Banks.eu” saytının məlumatına görə, FES-in dövriyyədən çıxmış pulların yenidən emal edilməsi sistemi köhnə banknotları gübrəyə çevirəcək. İndiyədək dövriyyədən çıxarılan və doğranılan pullar zibil qutusuna atılırdı. İndi yeni emal üçün nəzərdə tutulmuş innovativ sistem həmin pulları faydalı gübrəyə çevirəcək. Köhnə dollarlarla gübrələnmiş torpaqdan meyvə-tərəvəz və digər bitkilərin, ağacların yetişdirilməsi üçün istifadə etmək olar.

"Federal Ehtiyat Bankında gündə orta hesabla təxminən 6 milyon dövriyyədən çıxmış dollar banknotları məhv edilir", – deyə bankın baş biznes-analitiki Din Voys bildirib.

BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov: "Azərbaycanda 80 minə yaxın saxta dollar dövriyyədən çıxarılıb"

Ramil Usubov: "Azərbaycanda 80 minə yaxın saxta dollar dövriyyədən çıxarılıb"

2015-ci ildə dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirlərilə 45 faiz çox saxta pul hazırlama və satma cinayəti aşkarlanıb BAKU....

1302 Hadisə 16:45 26 yanvar 2016

Son xəbərlər