ABŞ-dan şok açıqlama: dollar bahalaşacaq
ABŞ-ın Mərkəz Bankı (Federal Ehtiyat Sistemi) sədri Canet Yellen dolların uçot dərəcəsinin artırılacağını açıqlayıb.
BAKU.WS-in məlumatına görə, FED rəhbəri bildirib ki, faiz dərəcələrinin bu il ərzində artırılmasının böyük ehtimalla uyğun olacağı gözlənilir.
Onun sözlərinə görə, iqtisadiyyatın gələcəyinə inamsızlığın bu qədər yüksək olduğu bir dövrdə faiz artımını təxirə salmaq bəzilərinə məntiqli bir strategiya kimi görünür: "Bu strategiya böyük riskləri də özü ilə gətirəcək. Əgər Federal Açıq Bazar Komitəsi (FOMC) normallaşma siyasətini gərəyindən çox təxirə salarsa, iqtisadiyyatın hədəflərimizi ötməməsi üçün ani və sürətli qərar qəbul etmək məcburiyyətində qalarıq. Bu tərz gözlənilməz bir qərar maliyyə bazarların çökməsinə və hətta iqtisadiyyatın səhvən resesyona (makroiqtisadiyyatda ümüm daxili məhsulun ardıcıl olaraq mənfiyə doğru artmasıdır) riskini artırır.
Yellen faiz dərəcələrinin iqtisadiyyat normala döndükdən və maliyyə bazarlarında sabitlik olduqdan sonra da artırılmamasının risk olduğunu bildirib. Bu cür yanaşma maliyyə sabitliyinə ciddi zərər verəcək. Bu səbəblərə görə, daha ehtiyatlı strategiya yürütməli və mərhələli şəkildə faiz dərəcələrini artırmalıyıq.
Yellenin bu açıqlamasından sonra dünya valyuta bazarında dollar bahalaşmağa başlayıb.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Manat yaxın gələcəkdə bahalaşacaq
ABŞ-ın Federal Rezerv Bankı (FED) uçot dərəcəsinin dəyişdirilməməsi qərarına gəldi. 2006-cı ildən bəri uçot dərəcəsinə toxunmayan amerikalı maliyyəçilər "status...