Dolların bahalaşmasının səbəbi bilindi
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) bir müddət öncə açıqladığı sənədlərdə "faizlərin artılacağı istisna edilmir" ifadəsi valyuta bazarına təsir edir.
BAKU.WS-in məlumatına görə, FED-in bu açıqlamasından sonra xarici valyutalar dollar qarşısında sürətlə dəyər itirməyə başlayıb. Beynəlxalq ekspertlər faiz artımı ehtimallarının dünya valyuta bazarına mənfi təsir etdiyini bildirirlər.
Federal Ehtiyatlar Sistemi üzvlərinin əksəriyyəti hesab edir ki, iqtisadi şərtlər faiz artımı üçün zəmin yaradır. FED üzvləri məcmu tələbin daralması üçün bu addımın atılmasını vacib sayır. Hələlik bu barədə qərar qəbul edilməsədə, sentyabr ayında faizlərin artacağə ehtimalı güclənib.
Qeyd edək ki, Federal Ehtiyat Sistemi (FES) ( daha çox FED olaraq da adlandırılır) - 1913- ci il dekabrın 23-də Federal Ehtiyat haqqında qanuna əsasən məxsusi olaraq yaradılan və ABŞ-ın Mərkəzi Bankı səlahiyyətində olan maliyyə strukturudur. FED-in kapital formasının şəxsi olmasına baxmayaraq ( aksiyaları xüsusi statusa malikdir) onun idarə olunmasında dövlət xüsusi rol oynayır. Federal Ehtiyatlar Sistemi birləşmiş ştatların mərkəzi bankının funksiyalarını yerinə yetirir.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
ASCO bir neçə gəmisini metanol yanacağına keçid məqsədilə retrofit edə bilər
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 2027-2030-cu illərdə bir neçə gəmisinin metanol yanacağına keçid üçün retrofit olunmasını nəzərdən keçirir. Bunu...