Statistika Komitəsi əmək haqqlarının artması məlumatını yaydı
Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artaraq 458,9 manat olub.
BAKU.WS-in Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1508,0 min nəfər olub. Onlardan 877,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 630,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 22,2 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,2 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 17,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Nazirlik işəgötürənləri cərimələdi
Nazirlik işəgötürənləri 178 min manat məbləğində cərimələyib. BAKU.WS Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycan Resp...