Müəllimlərin maaşı 4 dəfə arta bilər

Müəllimlərin maaşı 4 dəfə arta bilər
İqtisadiyyat 11435

"Təhsil Nazirliyi gələn ildən müəllimlərin əmək haqqını orta aylıq əmək haqqından 2 dəfə yüksəyə qaldırmaq niyyətindədir." 

BAKU.WS-in məlumatına görə, bu barədə təhsil naziriMikayıl Cabbarov ANS TV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, indi abituriyentlər müəllim peşəsini seçməkdə maraqlı deyillər: "Əgər əvvəllər uğurlu məzunun böyük hissəsinin iddiası müəllim olmaq idisə, son 20 ildə biz müşahidə edirik ki, bu məzun daha çox hüquqşünas, iqtisadçı, dövlət məmuru və s. kimi peşələrə daha çox üstünlük verməyə başladı. Və peşə seçiminə "bunların heç biri alınmasa mən müəllim olmağa da hazıram" fikri ilə yanaşır."

Onun sözlərinə görə, abituriyentlərin müəllimlik ixtisaslarına marağını artırmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi təqaüd təsis olunub: "Biz keçən ildən başlayaraq müəllimliyi ilk peşə kimi seçmiş və 500-dən çox bal toplamış 300 tələbəyə əlavə hər ay 100 manat təqaüd veririk."

Hazırda Azərbaycanda müəllimlər orta hesabla 200-250 manat maaş alırlar. Ölkədə orta maaşın 450 manat olduğu nəzərə alınarsa, bu, orta məktəb müəllimlərinin maaşlarının 900 manata qədər artırılması deməkdir. Yəni nazirin dedikləri həyata keçərsə, Azərbaycanda müəllimlərin maaşları 4 dəfəyə qədər arta bilər.

BAKU.WS

Oxşar xəbərlər

Müəllim olmaq istəyənlərə sürpriz

Müəllim olmaq istəyənlərə sürpriz

Artıq iki ildir ki, ali məktəblərdə müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramları həyata keçirilir. Bu ixtisasları öz arz...

1715 Sosial 16:56 07 avqust 2015

Son xəbərlər