Müəllim olmaq istəyənlərə sürpriz
Artıq iki ildir ki, ali məktəblərdə müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramları həyata keçirilir. Bu ixtisasları öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi təqaüdlər verilir.
Təhsil Nazirliyinin layihəsinə əsasən, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan və ixtisas seçimində müəllimlik ixtisasını birinci qeyd edən ilk 300 abituriyentə 100 manat məbləğində əlavə təqaüd veriləcək. Bu layihənin həyata keçirilməsində əsas məqsəd məzunların müəllimlik ixtisasına marağının artırılması və yüksək bal toplayan tələbələrin pedaqoji fəaliyyətə həvəsləndirilməsidir.
Mütəxəssislərin fikrincə, təhsildə bu cür islahatyönümlü tədbirlərin həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Stimullaşdırıcı addımlar müəllim peşəsinin nüfuzunu artırmaqla yanaşı, gənclərin gələcəkdə bu peşəni seçmələrində böyük rol oynayır.
Mənbə: AZƏRTAC
BAKU.WS
Oxşar xəbərlər
TQDK 600-dən çox bal yığan abituriyentlərə müraciət etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) hər il "Abituriyent” jurnalının 11-ci sayını qəbul imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərə həsr...