TQDK 600-dən çox bal yığan abituriyentlərə müraciət etdi

TQDK 600-dən çox bal yığan abituriyentlərə müraciət etdi
Sosial 1812

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) hər il "Abituriyent” jurnalının 11-ci sayını qəbul imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərə həsr edib.

BAKU.WS-in TQDK-ya istinadla verdiyi məlumata görə, jurnalda prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəblər üzrə siyahısı, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr, hər bir yüksək nəticəli abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb və s. haqqında məlumatlar təqdim olunur. Jurnalda həmçinin 600-dən yuxarı bal toplamış gənclərlə aparılmış anket sorğusunun nəticələri, onların arzu, rəy, təklif və gələcək abituriyentlərə tövsiyələrindən nümunələr dərc edilir.

Həmin gənclərin təbliği, təcrübələrinin öyrənilməsi, onların bu nailliyyətinin nümunə olaraq təqdim olunması ictimaiyyət tərəfindən maraqla qarşılanır. Bu amilləri nəzərə alaraq TQDK bu il də "Abituriyent” jurnalının ənənəvi 11-ci sayında yüksək bal toplamış abituriyentlərdən bəhs edəcəkdir. Bu məqsədlə cari ildə 600 və daha çox bal toplayan abituriyentlərdən xahiş olunur ki, abiturient.az linkində təqdim olunmuş anket sorğusunu doldursunlar.

BAKU.WS

Oxşar xəbərlər

"Qəbələ” azarkeşlərə müraciət etdi

"Qəbələ” azarkeşlərə müraciət etdi

"Qəbələ” bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Apollon”la (Kipr) qarşılaşacağı matçla bağlı azarkeşlərə müraciət edib. BAKU.W...

1046 İdman 12:11 06 avqust 2015

Son xəbərlər