Azərbaycanlı aktrisanı küçədə SÖYÜB HƏDƏLƏDİLƏR

Azərbaycanlı aktrisanı küçədə SÖYÜB HƏDƏLƏDİLƏR
Şou-biznes 2520
 

"Gehizsiz gəlinlər" serialında oynadağı mənfi obraz gənc aktrisa Rada Nəsibovanın başını dərdə salıb.

BAKU.WS bildirir ki, bu barədə Yeniçağ.Az-a danışan aktrisa canlandırdığı həmin obraza görə insanların qəzəbinə tuş gəldiyini deyib:

"Cehizsiz gəlinlər" serialında yaratdığım Zəminə obrazına görə məni hədələyənlər çox oldu. İnsanlar elə bilib ki, mən elə real həyatda da beləyəm. Çünki tamaşaçılar ona qədər məni yalnız müsbət obrazlarda görmüşldülər.

Yəqin çoxları filmdəki obrazla gerçək həyatı qarışdırıblar. Mənə yazırdılar ki, Zəminə, səni harda görsəm, tutub əllərimlə boğacacam, ifritə, ay evyıxan, ay yuvadağıdan...

Hətta küçədə gedəndə də arxamca söyüb, hədələyirdilər. Bilirsiniz ki, Zəminə serialda evli kişinin sevgilisidir, bu obraz ailəsində bu cür problem olan qadınları daha çox əsəbiləşdirmişdi.

Görünür, oynadığım o mənfi obrazla insanları qıcıqlandıra bilmişəm. Buna görə də söyüş, təhqir məni o qədər də qəzəbləndirmədi, əksinə içimdə bir sevinc hissi yarandı. Bu da mənim bir aktrisa kimi uğurumdur".

BAKU.WS 

Son xəbərlər