Aktrisa Pərvin Abıyeva öpüşmə və yataq səhnələrindən danışdı
Ötən gün baş tutan "The Game" filminin qala gecəsində iştirak edən aktrisa Pərvin Abıyeva maraqlı açqılamalar verib.
BAKU.WS xəbər verir ki, filmdə ifa etdiyi roldan danışan aktrisa döyüş səhnələrində oynadığını bildirib. Bunun üçün çoxlu məşqlər etdiyini və təlim gördüyünü söyləyən Abıyeva son vaxtlar komediya filmlərinə çəkilməsindən də danışıb.
"Son dövrlər komediya filmləri çəkilir bir müddət sonra komediya tükənəcək və rejissorlar dram çəkməyə başlayacaqlar. Ümumiyyətlə çəkildiyim heç bir obrazda özümü tapmamışam".
Bundan başqa aktrisa Oksana Rəsulova və Elşad Xosenin çəkildiyi filmdəki öpüşmə səhnəsindən danışıb. Bildirib ki, buna çox normal baxır.
Aktrisa yataq və öpüşmə səhnələrinə çəkilməyə hazır olmadığını da əlavə edib.
"Belə bir səhnədə oynamaq istəməzdim. Şükür edirəm ki, mənə belə bir təklif gəlməyib. Mən və bizim tamaşaçılar buna hazır deyil. Mən Oksana və Elşadın öpüşmə səhnəsinə normal baxıram. Çünki onlar bir zamanlar evli olublar".
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Aktrisa Pərvin Abıyeva döyüş filminə çəkildi (VİDEO)
Aktrisa Pərvin Abıyeva tamamilə yeni bir obrazda filmə çəkilib. BAKU.WS xəbər verir ki, bu dəfə aktrisa döyüş filmində çəkilib. Onun rol aldığı yeni film "The...