Pərvin Abıyeva: “Göbəyiaçıq da geyinə bilərəm, şort da”
Aktrisa Pərvin Abıyeva əsəbləşib.
BAKU.WS xəbər verir ki o, "İnstagram” bloqunda paylaşdığı videosunda geyimlərinə qarşı çıxanların, hətta buna görə onun ünvanına təhqiramiz ifadələr işlədənlərin cavabını verib.
"Mən sərbəstliyi sevən adamam. Geyindiyim paltarlarda özümü sərbəst hiss edirəm. Göbəyiaçıq da geyinə bilərəm, qısa şort da. Bu məsələlərdə insanların fikrinə önəm vermirəm. Çünki bu mənim həyatımdır, belə geyinmək istəyirəm. Belə geyinən də tək mən deyiləm” - deyə aktrisa bildirib:
"Ona görə də bəzən insanlar sosial şəbəkədə paylaşdığım fotolarıma hədlərini aşaraq, şərhlər yazırlar. Amma bu heç kimə əsas vermir ki, haqqımda xoşagəlməz ifadələr işlətsin. Çox qəribə millətimiz var... Nə deyim vallah”.
BAKU.WS
Oxşar xəbərlər
Pərvin Abıyeva bacısı ilə fotosunu paylaşdı - "Mən müasirəm, o isə.." (FOTO)
Aktrisa Pərvin Abiyev sosial şəbəkədə yeni fotolarını paylaşıb. BAKU.WS məlumat verir ki, aktrisanın bacısı ilə birgə çəkdirdiyi fotosu böyük marağa səbəb olu...