Azərbaycanlı aktyor çəkildiyi açıq-saçıq səhnələrdən danışdı (VİDEO)
"Mən böyük bir sevgi yaşayıb ailə həyatı qurmuşam”
Bu sözləri BAKU.WS-ə müsahibəsində gənc aktyor Cövdət Şükürov bildirib. Ən reytinqli seriallarından biri olan "Cehizsiz gəlinlər”in Zauru oynadığı rollardan danışıb.
Son zamanlar az-az görünürsüz. Tez-tez yeni filmlər çəkilir. Yaxın zamanda sizi hansısa filmdə görə biləcəyik?
Bu yaxınlarda türklərlə birlikdə çəkilən bir layihədə-"Aşk kurbanların”da rol alımışam. Bu ilin axırında təqdimatı baş tutacaq. Mən ümumiyyətlə efirlərdə görünməyi sevmirəm.
Çəkildiyiniz istər seriallar olsun, istərsə də filmlər, səmimi və açıq-saçıq səhnələrdə oynayırsınız. Bu həyat yoldaşınızın narazılığı, qısqanclığı ilə qarşılanmırmı, ailədə söz-söhbət olurmu buna görə?
Təzə ailə həyatı quranda müəyyən narazılıqlar olurdu. Artıq yoldaşım anlayır ki, bu mənim işimdir. Nə olursa səhnədə də qalır. Buna görə də daha heç bir problem yaşamıram. Günay İbrahimli ilə çəkildiyim filmdəki səhnələrə görə də heç bir problem yaşamadım. Çünki həyat yoldaşımın özüdə filmdə iştirak edirdi.
Çəkildiyiniz seriallardan nə qədər qazanırsız?
Şükürlər olsun ki, qazancım məni qane edir. Amma düşünürəm ki, bundanda yaxşı ola bilər. Mən inanıram ki, serial industriyası inkişaf edir və zamanla yaxşı olacaq. Sırf çəkildiyim film və seriallardan aylıq gəlirim 2–3min manat arasındadır.
Bəs çəkildiyiniz serialdakı kimi böyük sevgi yaşamısınız?
Hər bir insanın həyatında bir ya iki böyük sevgi olur. Mənimdə xoşbəxtliyim odur ki, sevdiyim qadınla ailə həyatı qurmuşam.
Son zamanlar çəkilən filmlərlə bağlı nə deyə bilərsiniz?
Filmlərimizin çəkilməsi məni çox sevindirir. İnkişaf gedir. İrəliləyişlər var.
Özünüzü Azərbaycanın ən yaraşıqlı aktyoru hesab edirsiniz?
Xeyir. Yaraşıq gəlib-keçici bir şeydir. Mən insanların yaddaşında oynadığım rollarla qalmaq istəyirəm.
BAKU.WS
Oxşar xəbərlər
Elməddin:"Dini baxışlarıma görə qadınlarla qucaqlaşma səhnələrinə çəkilmirəm"
Aktyor Elməddin Cəfərov həyat yoldaşı ilə ilk dəfə necə tanış olması barədə danışıb. BAKU.WS xəbər verir ki, Lent.az-a açıqlama verən aktyor bildirib ki, ilk s...