Serenay Sarıkaya çəkildiyi sevişmə səhnələrindən danışdı FOTOLAR
Azərbaycanda sevilən aktrisa Serenay Sarıkaya yeni çəkildiyi "Fi" serialında aktyor Mehmet Günsürlə olan sevişmə səhnələrindən danışıb.
BAKU.WS xəbər verir ki, aktrisa sevgilisi Kerem Bursinin buna etiraz etmədiyini və anlayışla qarşıladığını bildirib.
"Kerem heç vaxt işimə məhdudiyyət qoymur. Biz bir-birimizin işinə qarışmırıq",-deyə Sarıkaya bildirib.
Qeyd edək ki, yeni çəkilən serialda açıq-saçıq səhnələrin olmasından dolayı Kerem Bursinlə Serenay Sarıkayanın münasibətlərinin korlandığı deyilirdi.
Xatırladaq ki, aktrisa ölkəmizdə sevilən "Medcezir" serialıilə məşhurlaşıb. Hətta bir müddət əvvəl Sarıkaya "İkimizin Yerine" filminin qala gecəsində Bakıya gələrək sevənləri ilə görüşüb.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı Əli və Nazla bağlı yeni qalmaqal (VİDEO)
Türkiyədə evlilik verilişinə qatılan azərbaycanlı qız Naz Mila və model Əli Əkbər ətrafında yeni qalmaqal yaranıb. BAKU.WS xəbər verir ki, lojada əyləşən Kerem...