Məşhur türk aktrisalar Bakıda (FOTO)
Türkiyənin iki məşhur aktrisası: Zerrin Tekindor və Serenay Sarıkaya Azərbaycana gəlib.
"Qafqazinfo”nun məlumatına görə, "İkimizin yerine” filminin qəhrəmanları bir neçə saatdır ki, Bakıdadırlar.
Onlar hava limanından qalacaqları Hilton hotelə yollanıblar.
Hər iki məşhur axşam Nizami Kino Mərkəzində baş tutacaq qala gecəsinə hazırlaşırlar.
Artıq Nizami Kino Mərkəzində filmin təqdimat mərasiminə hazırlıqlar başlayıb. Mərkəzdə təqdim olunacaq ekran işinin posterləri yerləşdirilib.
Qeyd edək ki, "İkimizin yerine”nin digər baş qəhrəmanı Nejat İşler isə işlərinin çoxluğu səbəbindən Bakıya gələ bilməyib.
Türkiyəli məşhurlar Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.
BAKU.WS
Oxşar xəbərlər
Ziya Məmmədovun qardaşı oğlu həyat yoldaşı ilə (FOTO)
Nizami Kino Mərkəzində keçirilən "Axırıncı yol" filmininin qala gecəsinə bir çox tanınmış insanlar qatılıb. BAKU.WS məlumat verir ki, filmin təqdimat mərasimin...