Müğənni Səidə internetdə yayılan çılpaq görüntüləri ilə bağlı danışdı (VİDEO)
"2014 -cü ildə çəkilən klipi niyə iki il sonra gündəmə gətirirlər ki? Anlamıram". BAKU.WS-in məlumatına görə, bu sözləri BiG.az-a açıqlamasında müğənni Səidə Dadaşova deyib. İfaçı klipdə açıq-saçıq görüntülərinin olmamasını bildirib: "Klipdə Səidə Dadaşova olaraq mənim heç bir açıq-saçıq görüntüm yoxdu. Mən soyunmamışam, o lüt qız mən deyiləm, rəqqasədir. Anlamıram ki, "Səidə Dadaşovanın biabırçı görüntüləri yayıldı - FOTOLAR 18+" yazanlar nə əldə etmək istəyir?! Klipə baxanlar görəcəklər ki, yazılan informasiya yalandı, uydurmadı. Sadəcə süni şəkildə oxucu sayını artırmaq üçün belə başlıqlı xəbər yazmaq düzgün deyil. Klipdə söhbət xəyanətdən gedir. Guya mən oğlanın telefonunda ona gələn mesajları görürəm və ağlayıb, qaçıram". BAKU.WS
Oxşar xəbərlər
Brilliant Dadaşova bacısının Türkiyə kanalındakı şok açıqlamasından danışdı (VİDEO)
Xalq artisti Brilliant Dadaşova bacısı Sədaqət Dadaşovanın "Zuhal Topalla İzdivaç” evlilik verilişində qalmaqallı çıxışına münasibət bildirib. BAKU.WS xəbər v...