Brilliant Dadaşova bacısının Türkiyə kanalındakı şok açıqlamasından danışdı (VİDEO)
11
fev
2016
18:00
Xalq artisti Brilliant Dadaşova bacısı Sədaqət Dadaşovanın "Zuhal Topalla İzdivaç” evlilik verilişində qalmaqallı çıxışına münasibət bildirib. BAKU.WS xəbər verir ki, hazırda Türkiyədə olan ifaçı ANS PRESS-ə bildirib ki, Sədaqət xanım türk dilini yaxşı bilmədiyi üçün anlaşılmazlıq olub. "Sədaqət türk dilində danışa bilmir. Əfsuslar olsun ki, o, öz fikirlərini izah edə bilmir. Xoşagəlməz şeylər ortaya çıxır. Onun üçün də belə cəfəngiyyat ortaya çıxır”. Brilliant Dadaşova əlavə edib ki, bacısı ilə birlikdə Türkiyədə bir evdə qalır. İfaçı hazırda Türkiyədə bir neçə mahnı aranjiman etdirdiiyi üçün orada olduğunu bildirdi. Ötən gün Brilliant Dadaşovanın bacısı, aktyor, xalq artisti Rəfael Dadaşovun keçmiş həyat yoldaşı Sədaqət Dadaşova Türkiyədə "Zuhal Topalla İzdivac" proqramında qalmaqallı açıqlama edib. BAKU.WS
Oxşar xəbərlər
Rafael Dadaşovun keçmiş həyat yoldaşından evlilik proqramında şok açıqlamalar (VİDEO)
Xalq artisti Brilliant Dadaşovanın bacısı və aktyor Rafael Dadaşovun keçmiş həyat yoldaşı, aktrisa Sədaqət Dadaşova "Zuhal Topalla izdivaç" verilişində şok açıq...