Cazibədar aktrisadan İNANILMAZ ETİRAF: “Evli kişiylə də eşq yaşamaq olar”
"Bir aləm var” serialında Səfurə obrazı ilə tanınan Gülşən Hüseynli bu günlərdə "The game” filmində çəkildiyi obrazla yadda qalıb.
Cazibədarlığı ilə seçilən aktrisa elə rejissorların marağını da ilk olaraq zahiri görünüşünə görə cəlb edib.
Yeniçağ.az-a danışan aktrisa şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.
– Gülşən, özünü bahalı aktrisa sayırsan?
– Hər halda Hollivud aktrisaları kimi lüks həyat yaşamıram.
– Sənin üçün önəmli olan qonorardır, yoxsa ssenari?
– Mənə təklif olunan filmdə, ya da serialda ilk növbədə ssenarini oxuyuram. Xoşuma gəlirsə, razılıq verirəm, sonra da qonorar tələb edirəm. Amma şərtlərim də olur.
– Yəni?
– Məsələn, açıq-saçıq səhnələrə çəkilmirəm.
– Niyə xarici filmlərdə aktrisalar yataq səhnələrinə çəkilir, amma bizimkilər buna razılıq vermir?
– Orda baxış fərqlidir. Bizdə yataq səhnəsinə çəkilmək olar? O saat adamı təhqirlərə məruz qoyarlar. Mentalitetimiz hələ belə şeyləri qəbul etmir. Mən də Hollivudda yaşasaydım, yaxud da Türkiyə vətəndaşı olsaydım, orda dəvət aldığım filmlərdə yataq səhnəsinə də çəkilərdim. Lazım gəlsə, soyunaram da. Amma bizdə soyunmağa pis baxırlar. Xaricdə buna görə yaxşı qonorar ödəyirlər, həm də insanların qınaq obyektinə çevrilmirsən.
– Əgər dəvət alsan, xarici ölkələrdə bu cür rollara çəkilməyə razılıq verərsən?
– Əlbəttə. Türk seriallarına dəvətlər alıram. Sadəcə olaraq, şərtləri var, müqavilələr yorucu olduğundan razılıq vermirəm. Hazırda İrandan təklif almışam, amma həmin filmə çadralı çəkiləcəm. Çünki İran filmlərinin hamısında qadınlar çadralı olur. Çəkilişlərə başlamazdan qabaq fars dilini öyrənməliyəm.
– Cazibədarlığın sənə kömək edir, yoxsa, əksinə problem yaradır?
– Nə gizlədim, gözəlliyim ətrafımdakı xanımların qısqanclığına səbəb olur. Bilirəm ki, buna görə mənə paxıllıq edirlər.
– Bəs kişilərin reaksiyası necə olur?
– Kişilərin diqqət mərkəzində oluram, təbii ki, bu da xanımların xoşuna gəlmir.
– Kişilər adətən, sənə necə kompliment edirlər?
– Deyirlər, çox gözəlsən, boyun necə də hündürdür…
– Heç əks cinsdən səni qıcıqlandıran təriflər olur?
– Sənət adamlarına başqa cür baxa bilərlər. Amma məni tanıyanlar bilir ki, belə təkliflərə reaksiyam çox pis ola bilər. Əlbəttə hər bir kişi hansısa qadına pulun müqabilində nəsə təklif etsə, bunun üçün qabaqcadan həmin qadınla maraqlanar. Baxar görər o deyəndirsə, təklifini edər, o deyən deyilsə, geri çəkilər. Yaxşı ki başıma belə şey gəlmir.
– Ümumiyyətlə, səni qəzəbləndirən insanlara ən sərt reaksiyan nə ola bilər?
– Əgər kimsə telefonda xoşuma gəlməyən nəsə deyirsə, qulağına "otboy” verirəm, həmin adam yanımdadırsa, anında cavabını alır. Xasiyyətcə bir az da dəli-dolu olduğum üçün həmin adama əl də qaldıra bilərəm. Təbii ki, məni kimsə təhqir eləsə, fiziki təzyiqlə qarşılaşa bilər, xəbərləri olsun.
– Subay xanımsan. Ailə quracağın kişinin pulu olması sənin üçün önəmlidir?
– Kişinin pulu gələcəyim üçün sığortam deməkdir. Uşağımın və özümün yaxşı yaşamağım anlamına gəlir. Onu da deyim ki, heç vaxt avara oğlana ərə getmərəm. Amma kişiyə puluna görə də ərə getmərəm. Ən azı ürəyimə yatmalıdır. Sevmədiyim kişi ilə puluna görə münasibət qursam ətim ürpəşər. Amma elə kişi də ola bilər ki, sonradan onu sevə bilərəm. Hər şey qarşı tərəfin özünü necə aparmasından və sevdirməsindən asılıdır.
– Evli kişi ilə sevgi yaşamağa necə baxırsan?
– Sevgi azaddır. Qadın evli kişiylə də eşq yaşaya bilər. Evli kişinin sevgilisi olub, onunla uzun müddət yaxınlıq etmək mümkün deyil. Bu münasibət davamlı olmur.
BAKU.WS
Oxşar xəbərlər
Cazibədar aktrisalar qala gecəsində (FOTOLAR)
Ötən gün "Cinema plus"da "The Game" filminin qala gecəsi baş tutub. BAKU.WS xəbər verir ki, gecədə bir-birindən məşhur simalar iştirak edib."Yarasa art pictur...