Məleykə Əsədova: "Çox təkliflər almışam"
"Türkiyədə "Aşkın bedeli” serialında rol təklifi almışdım. Baş rol ifaçısının azərbaycanlı rəfiqəsi obrazını canlandıracaqdım. O obrazdakı qadın qızı ilə Azərbaycandan Türkiyəyə gələcəkdi. Hətta, onlar dedilər ki, qızınızla birgə filmə çəkiləcəksiz”.
Bu sözləri "Qafqazinfo”ya açıqlamasında xalq artisti Məleykə Əsədova bildirib.
Aktrisa söyləyib ki, serialdan qızı Gülərin dərslərinə görə imtina edib:
"Ssenarini öncədən istədim. Gülərin o vaxt dərsləri var idi. Qeyd etdilər ki, biz sizin qızınızın yerinə başqasını taparıq. Siz gəlin, qızınız qalsın. Mən də cavab verdim ki, öncə ssenari oxumalıyam. Onlar da vaxtın olmadığını, təcili çəkilişlərə start verilməli olduğunu bildirdilər. Mən tələsik heç bir şeyə razı olmadım. Çünki, Azərbaycanda öz sənətimə böyük hörmət edirəm. Öz dəyərimizi bildirmək istədim”.
Xalq artisti açıqlamasında yerli seriallarda rol almaq arzusunda olduğunu vurğulayıb:
"Seriallara çəkilmək arzusundayam. İndi Azərbaycanda serial biznesi inkişaf etməyə başlayıb. Çox təkliflər almışam. Bir aktrisa kimi oynadığım seriallarda özümü tapmalıyam. İnşallah, inanıram ki, hər şey yaxşı olacaq. Həm rejissor, həm aktyor kollektivi, həm də operator işi gözəl olmalıdır. Tək Məleykə ilə iş getmir. Ürəyimə yatan ssenari olsa, məmnuniyyətlə seriallara çəkilərəm. Mənə uyğun bir obraz da olacaq. Məni qətiyyən qonorar maraqlandırmır. Biz sənət fədailəriyik, pulu düşünüb sənətə gəlməmişik”.
Məleykə Əsədova qızı Gülər barəsində də danışıb:
"Gülər liseydə təhsil alır. Sizə deyim ki, xarici dilləri çox gözəl bilir. Biz başqa ölkəyə səfər edəndə qızım mənə köməklik edir, tərcümə etməyə başlayır. Tətilə gedəndə onu məktəblərə qoyuram, 10-15 gün orada təhsil alır, özünü inkişaf etdirir”.
BAKU.WS
Oxşar xəbərlər
Nazpəri Dostəliyeva prezidentin ətrafında gərəksiz işlə məşğul olan məmurlardan danışdı (FOTO)
"3 il qapalı həyat keçirdim. 3 il boyunca başım ancaq məhkəməyə qarışdı. Həmin vaxtları heç kimə açıqlama verməmişəm. Mətbuatda gedən məlumatlar da birtərəfli o...