Kataloniyada kütləvi etirazlar davam edir - Yaralı sayı 96-ya çatdı - FOTO

18
okt
2019
13:30
İspaniya Ali Məhkəməsinin kataloniyalı siyasətçilərə həbs cəzasına etiraz edən minlərlə kataloniyalı Barselona kütələrində aksiya keçirir.BAKU.WS İHA-ya istinadən xəbər verir ki, 3 gündür davam edən aksiyalarda polislərlə toqquşmalar baş verib.Məlumata görə, polislərin sərt müdaxiləsi nəticəsində 96 nəfər xəsarət alıb. Bundan başqa, 33 nəfər saxlanılıb.Qeyd edək ki, 1 oktyabr 2017-ci ildə Kataloniya müstəqilliyini elan etmək üçün referendum keçirmiş və referendum müstəqillik lehinə nəticələnmişdi.Lakin, İspaniya Ali Məhkəməsi referendumu qanunsuz hesab etmiş və Kataloniya hökumətinin 9 üzvünün həbs edilməsi barədə qərar çıxarmışdı. Bir neçə gün öncə məhkəmə onlar haqqında 9 ildən 13 ilə qədər həbs qərarı çıxarıb.
Qalereya
Oxşar xəbərlər
“Barselona” “Sevilya”nı darmadağın etdi - VİDEO
İspaniya La Liqasında 8-ci tura yekun vurulub.BAKU.WS xəbər verir ki, turun mərkəzi matçı “Barselona” ilə “Sevilya” arasında baş tutub.“Barselona” bu oyunda rəq...
