Köçəryan yenidən həbs edildi
25
iyn
2019
16:26
Ermənistanın sabiq prezidenti Robert Köçəryan yenidən həsb edilib.BAKU.WS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Apellyasiya Məhkəməsi qərar verib.Apellyasiya məhkəməsi Yerevan məhkəməsinin 18 mayda Köçəryanın zaminlə azadlığa buraxılması haqqında qərarını ləğv edib və onun yenidən həbs edilməsi barədə qərar çıxarıb. Sabiq prezidentin qərara etiraz üçün 15 gün vaxtı var.Qeyd edək ki, Köçəryan separatçı Qarabağ rejiminin indiki və keçmiş “prezidentləri” Bako Saakyan və Arkadi Qukasyanın zəmanəti ilə azadlığa buraxılmışdı.O, 2008-ci il 1-2 mart hadisələrində hakimiyyəti devirməkdə ittiham edilir. Həmin hadisələrdə 10 nəfər ölmüş, 230 nəfər yaralanmışdı.Fərid ƏDALƏT
Oxşar xəbərlər
Paşinyanın “təmizliyi” davam edir - Şura sədri də istefa verdi
Ermənistanda 18 mayda Robert Köçəryanın azadlığa buraxılması qərarına hiddətlənən Ermənistanın Baş nazirinin təzyiqləri səbəbindən ardıcıl istefalar davam edir....