Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb
02
okt
2026
21:12
Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub.
Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə bir qrup ins...