Şahzadənin bacısı həbs edilə bilər
11
iyl
2019
12:39
Səudiyyə Ərəbistanı krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bacısı Hassa bin Salman haqqında həbs qərarı çıxarılıb.BAKU.WS “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə qərar Paris Cəza Məhkəməsi tərəfindən verilib.İttihama görə, Hassa bin Salman Parisdəki evində sanitar qovşaq ustasını mühafizəçiyə döydürüb.Məhkəmə prosesi 12 sentyabrda keçiriləcək. Onun əməli sübuta yetirlərsə 6 aylıq həbs ediləcək və 5 min avro pul cəzası veriləcək. Mühafizəçiyə isə 8 aylıq həbs cəzası tələb edilir.Qeyd edək ki, Hassa bin Salman haqqında 2017-ci ilin dekabrından bəri müxtəlif maddələr üzrə saxlanılma qərarı var. Hələlik bu qərarlar icra edilməyib.
Oxşar xəbərlər
BMT-dən Haşoqqi cinayətinə yekun rəy: “Səudiyyə Ərəbistanı məsuliyyət daşıyır”
Birləşmiş Millətlər Təşkilatı (BMT) ötən ilin 2 oktyabrın Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda ərəb jurnalist Camal Haşoqqi qətlə yetirilməsi ilə...